“Elite”in yanında güclü yanğın - video

Bakı şəhəri, Binəqədi rayonu ərazisində güclü yanğın başlayıb.

8-ci mikrorayon Naxçıvani küçəsi 55 ünvanında yerləşən obyektdə başlayan yanğın güclü alovla müşahidə edilir.

Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ