Putin Ərdoğana Türkiyədə qaz qovşağı yaratmağı təklif etdi

Rusiya Prezidenti Vladimir Putinin təbii qaz tranzitinin "Şimal axını"ndan Qara dənizə köçürülməsinin mümkünlüyü ilə bağlı ideyası Astanada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə müzakirə edib.

Görüş mətbuata qapalı şəkildə keçirilir.

“Türkiyədə yaradılması təklif edilən qaz qovşağı mavi yanacağın qiymətinin müəyyən edilməsi platformasına çevrilə bilər”. - bunu Rusiya Prezidenti Vladimir Putin deyib. 

Onun sözlərinə görə, bu da sözügedən məsələnin siyasiləşdirilməsini istisna edəcək.

“Türkiyə bu gün Avropaya qaz nəqli üçün ən etibarlı marşrutdur”, - deyə Putin söyləyib. 

Liderlərin görüş zamanı eləcə də Rusiya-Ukrayna müharibəsi, eləcə də taxıl dəhlizi və Suriya məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiyadan Türkiyəyə təbii qaz “Mavi axın” və “Türk axını” dəniz qaz kəmərləri ilə ixrac edilir.

Hazırda Rusiya Avropa İttifaqına yalnız Ukrayna vasitəsilə gündəlik, təqribən, 42 milyon kubmetr qaz, eləcə də “Türk axını”nın bir xətti ilə gündəlik, təxminən, 45 milyon kubmetr qaz ötürür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ