Ramil Şeydayev yunan azarkeşlərini özündən çıxaran hərəkətindən danışdı

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında ilk oyunda qol vurduqdan sonra yunan azarkeşlərin reaksiyasına münasibət bildirib.

“Bunun səbəbi tribunalarda məhz yunan azarkeşlərin olması deyildi. Sadəcə, sevindim. Deməzdim ki, emosiya partlayışı idi. Bilərəkdən etməmişdim. Adi qol sevincim idi”, - deyə o vurğulayıb.

Şeydayev həmçinin əlavə edib ki, rəqib revanş almaq istəyir, və bu səbəbdən çətin oyun olacaq.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ