Putin ciddi səhvə yol verdi - Bayden

ABŞ prezidenti Co Bayden CNN telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putini “rasional lider” adlandırıb, lakin onun “Ukraynada ciddi səhvə yol verdiyini” deyib.

“Onun dediklərinə qulaq asın. O, bütün rusdilliləri birləşdirən Rusiyanın lideri olmaq üçün səbirsizlənir. Məncə, bu, məntiqsizdir”, - Bayden bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Putin Ukraynanı ələ keçirə biləcəyinə inanırdı, lakin Ukrayna xalqı onun səhv etdiyini tez bir zamanda göstərdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ