Lukaşenko Zelenskini hədələdi: Krım körpüsü sizə çiçək kimi görünəcək

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanı Belarusa mümkün zərbəsi ilə bağlı xəbərdarlıq edib. BelTA xəbər verir ki, bu barədə Belarus dövlətinin başçısı təhlükəsizlik məsələləri üzrə müşavirədə bildirib.

“Mən artıq demişəm ki, bu gün Ukraynada Belarus ərazisinə zərbə endirməyi planlaşdırırlar. Təbii ki, ukraynalıların buna qətiyyən ehtiyacı yoxdur. Niyə cənub sərhədlərində ikinci cəbhə açsınlar? Bu, hərb işi baxımından təmiz dəlilikdir. Buna baxmayaraq, proses başlayıb. Ukraynanın sahibləri onları bizlə müharibəyə sövq edir. Rusiya və Belarusla eyni vaxtda məşğul olmaq istəyirlər”, - Belarus lideri bildirib.

Lukaşenko həmçinin Kiyevi də hədələyib: 

“Dünən qeyri-rəsmi kanallar vasitəsilə Ukrayna ərazisindən Belarusa hücumla bağlı bizə xəbərdarlıq edilib. Deyildiyi kimi: “Biz onu elə edəcəyik ki, Krım körpüsü-2 olsun”. Cavabım sadədir: “Ukrayna prezidentinə və digər dəlilərə deyin ki, əgər onlar çirkli əlləri ilə ərazimizin ən azı bir metrinə toxunsalar, Krım körpüsü onlara çiçək kimi görünəcək”, -  Lukaşenko yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ