Bu gün saat 08:00-da Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarındakı sərnişinlərdən biri huşunu itirib.
“Report” xəbər verir ki, hadisəyə səbəb vaqonlardakı sıxlıq olub.
20-25 yaşlarında olan sərnişinin vəziyyəti haqqında məlumat vermək və ona ilk tibbi yardım etmək üçün maşinistlə əlaqə saxlanılmasına cəhd edilsə də, sıxlıqdan bu, mümkün olmayıb.
Qatarda olan polis əməkdaşının göstərişi ilə sıxlığı azaltmaq üçün sərnişinlərin bir qismi adi sinif vaqondan biznes sinifi vaqonuna keçirilib. Bundan bir qədər sonra isə huşunu itirmiş sərnişin özünə gəlib.
Həmin vaqonda daha bir sərnişinin isə ürəyi sıxılıb, amma o, huşunu itirməyib. Vətəndaşa dərhal ilkin tibbi yardım göstərilib.