Krım körpüsündə partlayış zamanı ölənlərin sayı açıqlandı

Krım körpüsündə baş verən partlayış nəticəsində azı üç nəfər həlak olub. Bu barədə Rusiya İstintaq Komitəsi öz Telegram kanalında məlumat yayıb.

İlkin məlumatlara görə, ölənlər partladılmış yük maşınının yanında hərəkət edən avtomobilin sərnişinləri ola bilər. Hazırda bir kişi və bir qadının cəsədi sudan çıxarılıb, artıq onların şəxsiyyəti müəyyənləşdirilir.

Müstəntiqlər hadisənin baş vermə şəraitini müəyyənləşdirməkdə davam edirlər. 

Qeyd edilir ki, Krım körpüsündə partlayan yük maşını Krasnodar sakini Boris Yusubova məxsus oldub. O, avtomobilini başqa şəxsə satıb, lakin yük maşınının yeni sahibi nəqliyyat vasitəsini adına rəsmiləşdirməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ