ABŞ Rusiyanın Ukraynaya nüvə zərbəsi endirmə ehtimalını dəyərləndirdi

ABŞ-da Rusiya prezidenti Vladimir Putinin Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı nüvə silahından istifadə etmək niyyəti ilə bağlı heç bir kəşfiyyat məlumatı yoxdur. Bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

CNN kəşfiyyat mənbələri Vaşinqtonun mümkün nüvə zərbəsinə dair heç bir dəlil görmədiyini təsdiqləyib. Bu baxımdan ABŞ prezidenti Co Baydenin xəbərdarlıqları və yüksək nüvə müharibəsi ehtimalını qiymətləndirməsi Ağ Ev administrasiyası daxilində narahatlıqdan xəbər verir.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Co Bayden nüvə silahından istifadənin bütün dünya üçün “Armageddon”la yekunlaşa biləcəyini bildirmişdi. O, aydınlaşdırıb ki, vəziyyət hazırda "həqiqətən də inkişaf etdiyi yolda inkişaf etməyə davam edərsə" bu, mümkündür.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Ağ Ev Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə addımlar üzərində işləyir. Eyni zamanda, ABŞ hələ ki, Rusiyanın buna ciddi hazırlaşdığını görmür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ