Bakıda iki qadın faicəvi şəkildə öldü

Bakıda iki gənc qadın dəm qazından boğularaq ölüb.

Buta.media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisələrdən biri dünən paytaxtın Yeni Suraxanı qəsəbəsində, Xəlilov küçəsi 5 ünvanında qeydə alınıb.

Sözügedən ünvanda 1994-cü il təvəllüdlü Çinarə Nüsrət qızı Kərimova hamam otağında dəm qazından boğularaq ölüb.

Daha bir analoji hal paytaxtın Binəqədi rayonu, Çiçəkli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Aysel Bəxtiyar qızı İbrahimova hamam otağında dəm qazından boğularaq ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ