“Azərbaycandan qayıdan ermənilərə əsirlikdə işgəncə verilməyib” - Ermənistan İstintaq Komitəsi

Ermənistana qaytarılan hərbçilər hazırda müstəntiqlər tərəfindən dindirilir, qalanlarının müalicəsi aparılır.

Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.

O bildirib ki, hazırda 10 hərbçi şahid qismində dindirilir, qalan 7 nəfərin müalicəsi davam etdirilir, onlar da reabilitasiyadan sonra dindiriləcəklər.

Tadevosyanın sözlərinə görə, geri qayıdan əsgərlər arasında ağır yaralı olmayıb, bəzilərində yüngül qəlpə yaraları var, əsirlikdə onlara işgəncə verilməyib.

Xatırladaq ki, oktyabrın 4-də Bakı ABŞ-ın vasitəçiliyi ilə 17 erməni hərbçini İrəvana qaytarıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ