Rusiya Federasiyasının “yeni regionları”nın RF hərbçiləri tərəfindən müvəqqəti tərk edilmiş əraziləri geri qaytarılacaq. TASS xəbər verir ki, bu barədə çərşənbə günü, oktyabrın 5-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Burada heç bir ziddiyyət yoxdur. Onlar əbədi olaraq Rusiyanın tərkibində olacaqlar, geri qaytarılacaqlar”, - deyə Peskov bəyan edib.
Kremlin sözçüsü əlavə edib ki, Rusiya ilə yaşamaq arzusunu ifadə edən əhali ilə məsləhətləşmələr davam etdiriləcək.