İranın hökumət qüvvələri məktəbli qızlara hücum ediblər.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Yayılan videoda repressiv polislərin ötən gün məcburi baş örtüsünə etiraz edən azyaşlı məktəbli qızlara hücum çəkdikləri görünür.
İran şəhərlərindən birində baş verən bu hadisədə polislər azyaşlı məktəbli qızları küçədə qovmağa başlayıblar.