Kəmaləddin Heydərov minaya düşən şöbə rəisinin rütbəsini artırdı

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdamda minaya düşən Süleyman Heydərova vaxtından əvvəl “mayor” hərbi rütbəsi verib.

Bu barədə nazir müvafiq əmr imzalayıb. 

S.Heydərov həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub. 

Qeyd edək ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin pirotexnik və istehkam hazırlığı şöbəsinin rəisi kapitanı Süleyman Heydərov Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ