“Anarı elə döymüşəm” - Sosial şəbəkədə məşhurlaşan müəllim

 

Son aylar sosial şəbəkələrdəki çıxışı ilə gündəm olan Gülağa müəllimə aparıcı Tarix Əliyevin (Tolik) “Ümid ilə gəl” verilişində qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, Gülağa müəllimə aparıcı Lalə Azərtaşın və sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun müəllimi olduğunu deyib. 

“Anar bir az dəcəl idi. Allah bağışlasın, Anarı elə döymüşəm. Bir dəfə bir sillə çəkdim, dörd dəfə fırlandı. Amma çox səxavətli uşaq idi”, - deyə Gülağa müəllimə bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ