Bu gün Prezident İlham Əliyev 2022/2023-cü tədris ilində Azərbaycanın ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Prezident təqaüdünə layiq görülən tələbələrin ikisi - Həmidə və Nəzrin Sadıqovalar bacıdırlar.
Onlar Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alırlar.
Qeyd edək ki, ümumilikdə Prezident təqaüdünə layiq görülən gənclərin 10-u BDU-nun tələbələridir.
Xatırladaq ki, cari ilin yanvarın 1-dən Prezident təqaüdünün miqdarı 250 AZN-dir.