İranda tələbələr ayağa qalxdı: polis atəş açdı - video

İranda “hicabı düzgün geyinmədiyinə” görə polis tərəfindən saxlanıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmininin ölümünə cavab olaraq etirazlar davam edir.

Tehranda polis paytaxtın aparıcı universitetlərindən birinin - Texnologiya Universitetinin tələbələrinə qarşı zor tətbiq edib. Bu barədə İran mətbuatı məlumat yayıb.

Tələbələr ötən gecə şəhərdəki son iğtişaşlar zamanı yüzlərlə yoldaşın saxlanmasına etiraz ediblər. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. Polis universitetin binasını mühasirəyə alıb və etirazları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Paytaxt sakinləri tələbələrin aksiyasına dəstək olaraq universitetə ​​gedən Azadi məhəlləsini maşınlarla bağlayıblar. Tehranın bir çox küçə və prospektlərində aksiyalar keçirilib. Onlarla tələbə saxlanılıb.

Yerli media da yazır ki, Təbrizdə də tələbələr etiraza qalxıblar. Polis etirazçı tələbələrə atəş açıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ