Azərbaycanlı deputatın oğlu Türkiyədə oğurlanıb - foto

Türkiyədə azərbaycanlı deputatın oğlu oğurlanıb.

Bakupost.az-ın məlumatına görə, oğurlanan şəxs Azərbaycan Tibb Universitetinin sabiq rektoru, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovdur.

Saytın mənbəsi iddia edir ki, Azər Əmiraslanov Türkiyədə geniş biznes şəbəkəsinə sahibdir.

Onun bir neçə klinika və tibb sahəsi ilə bağlı biznes obyektləri var. A.Əmiraslanovun məhz geniş maliyyə imkanlarına görə maddi maraq üçün oğurlandığı bildirilib.

Məsələ ilə bağlı saytın deputat Əhliman Əmiraslanovla əlaqə yaratmaq cəhdi baş tutmayıb.

Deputatın köməkçisi Raqif Xəlilov isə məsələni araşdırıb məlumat verəcəyini desə də, sonradan Ə.Əmiraslanovla əlaqə saxlaya bilmədiyini qeyd edib: “Zəng etdim açmadı. Günün ikinci yarısı yenidən əlaqə saxlayacağam”.

Qeyd edək ki, mövzu ilə bağlı ilk məlumatı musavat.com yayıb.

Bildirilib ki, deputatın oğlu separatçı kürd qruplaşmanın üzvləri tərəfindən oğurlanıb və azadlığa buraxılması üçün öncə 10 milyon dollar tələb olunub. Danışıqlardan sonra deputatın oğlunun 5 milyon dollar qarşılığında sərbəst buraxıldığı və hazırda Bakıda olduğu vurğulanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ