Ukraynada humanitar yardım daşıyan iki azərbaycanlı öldürüldü - video

Ötən gecə Ukraynanın mərkəzi və cənub şəhərləri raket atəşinə tutulub. Xüsusilə, Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan əraziləri çoxsaylı raket atəşinə məruz qalıb ki, onların arasında “S-300” raket kompleksləri də var.

Bu barədə Baku TV-nin əməkdaşı Mübariz Aslanov məlumat verib.

O bildirib ki, Kiyevdə üç həftədən sonra yenidən uzunmüddətli həyəcan siqnalı verilib.

M.Aslanov həmçinin qeyd edib ki, Zaporojyedə humanitar karvanlar da raket atəşinə məruz qalıb. 

“Həlak olanlar arasında azərbaycanlılar da var. Belə ki, Ukraynanın işğalda olan kəndlərinə Zaporojyenin digər hissələrindən humanitar yardım aparan Əfqan və Elşad adlı azərbaycanlılar raket hücumu nəticəsinə həyatlarını itiriblər”, - deyə qeyd edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ