Yerə asteroid yaxınlaşır

Rusiyalı alimlər Yerə yaxınlaşan asteroid aşkar ediblər.

Bu barədə TASS Rusiya Elmlər Akademiyasının Keldış Tətbiqi Riyaziyyat İnstitutuna istinadən xəbər verir.

2022 SE37 adı verilən obyekt oktyabrın 1-nə keçən gecə Rusiyanın iki rəsədxanası tərəfindən qeydə alınıb.

Mütəxəssislərin fikrincə, asteroidin diametri 0,5 kilometrdir. O, Günəş ətrafında 3,44 il müddətinə uzanan orbitdə fırlanır. Alimlər qeyd edirlər ki, astroid Yer kürəsi üçün təhlükə yaratmır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ