Bir qrup haker ölümü İranda genişmiqyaslı etirazlara səbəb olan 22 yaşlı Məhsa Əminini həbs edən polislərin adlarını paylaşıb.
Hakerlərin bu məlumatı müxalif İran mediası vasitəsilə yayıblar.
Sənədlərə əsasən, dörd polis əməkdaşı Məhsanı bir neçə qohumu ilə birlikdə Tehranda saxlayıb və polis maşınında idarəyə aparıblar. Bildirilir ki, qız başından ən azı bir dəfə güclü zərbə alıb və bu, onun sonrakı saatlarda ölümünə səbəb olub.
Qrupun komandirinin 52 yaşlı polis kapitanı Enayatullah Rafii olduğu qeyd edilir. Qrupa həmçinin 27 yaşlı Əli Xoşnəmvənd, 27 yaşlı Fatimə Qorban-Xoseyni və 36 yaşlı Parastu Safari də daxil olublar. Onlar Əmininin “uyğun olmayan geyiminə” görə həbs olunmasına təşəbbüs göstəriblər.