“Adam olsaydınız, o, çox yaşayardı” - Röya

Xalq artisti Röya Ayxan dünyasını dəyişən həmkarı Rəhim Rəhimlinin məzarını ziyarət edib.

OLAY yazır ki, bu barədə sənətçi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Röya  müğənninin dəfn edildiyi Bülbülə qəbiristanlığına gedərək, onun məzarı üstə əklil qoyub.

“Səninlə tək vidalaşmaq istədim…Kimsəyə ziyanın dəymədi… Özündən başqa. Çox heyif. Mən ən çox onu qoruya bilməyən, bir addım yaxınında olanlara sözümü desəm, yerinə düşər. Adam olsaydınız, o, çox yaşayardı. Sizi də bu gözləyir, bilin”, - deyə, ifaçı instaqramda qeyd edib.

Xatırladaq ki, R. Rəhimli 30 sentyabr gecə saatlarında ürəktutmasından vəfat edib.

Onu da bildirək ki, Röya Ayxan 2015-ci ildə KİV-ə açıqlama verərək Rəhimlə yaxın dostluğunu bitirdiyini açıqlamışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ