Elina dəfn edildi - FOTO

Özünü 162 saylı orta məktəbin üçüncü mərtəbəsindən ataraq intihar edən 8-ci sinif şagirdi Elina Hacıyeva bu gün torpağa tapşırılıb.

Buta.media-nın məlumatına görə, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat paylaşıb.

Xatırladaq ki, hadisə aprelin 4-də baş verib. Hadisə baş verdikdən dərhal sonra məktəbli qızın üçüncü mərtəbədən bədbəxt hadisə nəticəsində yıxıldığı bildirilirdi. Daha sonra isə məlum oldu ki, qız psixoloji təzyiqlərə görə intihara əl atıb.

İnsidentdən dərhal sonra E.Hacıyeva Kliniki Tibbi Mərkəzə (keçmiş Semaşko) çatdırılıb.

Məktəblinin yaxınları iddia edirlər ki, bir sutka onun ağır vəziyyətdə olduğunu yaxınlarından gizlədiblər. Nəticədə isə qızcığaz bir sutka sonra həmin xəstəxanada dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ