Tərtər rayonunun Həsənqaya kəndində, “Üçüncü sovxoz” adlanan ərazidə iki nəfər minaya düşüb.
Bu barədə APA məlumat yayıb.
Rayon sakinləri - 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşərək xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdirilib. Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.