Bayden Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsindən danışdı

Vaşinqton Ukraynanı keçmiş sərhədləri daxilində tanımaqda davam edəcək və Xerson və Zaporojye vilayətlərində, həmçinin DXR və LXR-də referendumun nəticələrini tanımayacaq. ABŞ prezidenti Co Bayden Ukrayna ərazilərinin Rusiyaya birləşdirilməsi ilə bağlı sazişin imzalanmasına belə reaksiya verib.

Amerika prezidenti həmçinin bildirib ki, Birləşmiş Ştatlar bir sıra Ukrayna ərazilərinin Rusiyaya daxil olması ilə bağlı referendumun nəticələrini tanımamaqla bağlı təşviqat aparacaq.

Sentyabrın 30-da prezident Vladimir Putin qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın (DXR və LXR), eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişləri imzalayıb.

Buna cavab olaraq Volodimir Zelenski Ukraynanın NATO üzvlüyünə qəbul olunması ilə bağlı ərizəni imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ