Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara hazırdır, lakin prezident Putinlə deyil.
“Ukrayna danışıqlar səylərində lider olub və olaraq qalır. Məhz bizim dövlətimiz Rusiyaya həmişə bərabər, vicdanlı, layiqli və ədalətli şərtlərlə birgə yaşamaq barədə razılığa gəlməyi təklif edib. Açığı, bu Rusiya prezidenti ilə bu mümkün deyil. Bu səbəbdən biz Rusiya ilə dialoqa hazırıq, lakin başqa prezident ilə”, - deyə Zelenski bildirib.