Müğənni söyür, aparıcı hırıldayır - Tural Tusifov efirdəki söyüşdən yazdı - VİDEO

Space TV-nin efirində söyülən söyüş montaj deyil.

Buta.media-nın məlumatına görə, bu barədə radio aparıcısı Tural Yusifov öz Facebook səhifəsində yazıb.

“10 illik səs təcrübəm montajı orijinaldan ayırmağa imkan verir. MTRŞ işi məhkəməyə göndərib və çox güman ki, cərimə kəsiləcək. 5000 manatdan 8000 manata kimi”, - aparıcı yazıb.

T.Yusifovu bu məsələdə iki sual maraqlandırır.

“Birincisi iki müğənni söyüşlə mahnı oxuyur və aparıcı hırıldayır. Aparıcı nəyə gülür? Söyüşə gülən balaca uşaq kimi, niyə dişini ağardır?

Biz bu verilişlərə, aparıcılara, müğənnilərə layiq olmaq üçün, hansı günahın sahibi olmuşuq?”, - deyə aparıcı soruşur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ