Putin Ukrayna ərazilərini Rusiyaya birləşdirdi

Prezident Vladimir Putin qondarma “Donetsk və Luqansk Xalq Respublikaları”nın (DXR və LXR), eləcə də Ukraynanın Xerson və Zaporojye vilayətlərinin Rusiyaya daxil olmasına dair sazişləri imzalayıb. İmzalanma mərasimi “Rossiya 24” telekanalı tərəfindən yayımlanıb.

Müqavilələrin imzalanma mərasimi 2014-cü ildə Krımla analoji sazişin təsdilənmə mərasiminin keçirildiyi Kremlin Georgiyevski zalında keçirilib. Mərasimdə Dövlət Dumasının deputatları, Federasiya Şurasının senatorları və ictimai xadimlər iştirak ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ