Gürcüstandakı zəlzələ Azərbaycanda hiss olunub.
Buta.media-nın məlumatına görə,yeraltı təkanlar yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.
4.5 maqnitudalı zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.
Zəlzələ ətraf rayonlarda 3 bala qədər hiss olunub.
Sosial şəbəkələrdə ölkə ərazisində zəlzələnin güclü olduğu qeyd edilib.