TƏBİB-dən Rəhim Rəhimlinin ölüm səbəbi ilə bağlı açıqlama

Müğənni Rəhim qaraciyər xəstəliyindən əziyyət çəkibmiş - videoTƏBİB bəstəkar-müğənni Rəhim Rəhimlinin ölüm səbəbini açıqlayıb.

Qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib ki, R.Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən sentyabrın 30-da saat 01:30 radələrində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, ifaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ