Rusiyada səfərbərliyə çağırılanların harada istifadə olunacaqları açıqlandı

Səfərbərliyə cəlb olunan vətəndaşlar hazırlıqdan sonra Rusiya tərəfindən işğal olunmuş ərazilərə nəzarət və müdafiə işlərinə başlayacaqlar. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurum izah edib ki, qismən səfərbərlik çərçivəsində çağırılan rusiyalılar hazırda döyüş tapşırıqlarının yerinə yetirildiyi ərazilərə yaxınlıqda hazırlıq keçirlər. Bundan sonra komplektasiya olunan bölmələr işğal eidlmiş ərazilərə nəzarət və müdafiə edəcək, habelə ehtiyat və möhkəmləndirmə hissələrinin tərkibində fəaliyyət göstərəcəklər.

RF Müdafiə Nazirliyi dəqiqləşdirib ki, fərdi təlimlər başa çatdıqdan sonra səfərbər olunanlar taqım və bölüklər tərkibində hazırlıqları davam etdiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ