Kraliça II Elizabetin ölüm səbəbi açıqlanıb

Böyük Britaniya kraliçası II Elizabetin ölüm səbəbi qocalıq olub. Bu barədə The Guardian məlumat yayıb.

Monarxın ölümü ilə bağlı yeni təfərrüatlar onun ölüm şəhadətnaməsi dərc edildikdən sonra məlum olub. Buradan belə nəticə çıxır ki, II Elizabet sentyabrın 8-də saat 15:10-da (Bakı vaxtı ilə 18:10) Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Ölümün şahidi onun əczaçısı Duqlas Ceyms Allan Qlass olub.

Kraliçanın ölümünə qədər Balmorala çatmağı bacaran kral ailəsinin yeganə üzvləri Elizabetin böyük oğlu Çarlz və onun həyat yoldaşı Kamilla idi. Şahzadələr Uilyam, Edvard və Endryu Şotlandiyaya kraliçanın ölümündən 40 dəqiqə sonra yalnız saat 15:50-də gəliblər. Şahzadə Harri saat 20:00 radələrində Balmorala çatıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ