Azərbaycanın 10 milyonuncu uşağın görüntüsü yayıldı - FOTO

Tanınmış aparıcı Hacı Nuran Hüseynov dünən Azərbaycanda dünyaya gələn 10 milyonuncu körpəni xəstəxanada ziyarət edib.

Buta.media-nın məlumatına görə, o, Mehriban adı verilən körpə ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb və əhalimizin sayının 10 milyona çatması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Qeyd edək ki, aprelin 6-da saat 03:30-da Azərbaycanın 10 milyonuncu sakini doğulub. 10 milyonuncu vətəndaşın dünyaya gəlməsi münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik ediblər.

Bakı şəhərində dünyaya gələn qız uşağının valideynləri keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğludur. Bakının Sulutəpə qəsəbəsində yaşayan Rauf Həsənov polis serjantıdır. Ailənin ilk övladı olan 10 milyonuncu vətəndaşın anası Nigar Ocaqova isə  orta məktəbdə müəllim işləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ