Ermənistan 244 milyon dollarlıq silah alır

Hindistan Ermənistana 244 milyon dollar dəyərində silah və sursat partiyası tədarük edəcək. Bu barədə cümə axşamı “The Economic Times” məlumat yayıb. 

Nəşrin məlumatına görə, tədarük iki ölkə arasında sentyabrın əvvəlində imzalanmış müqavilələr əsasında həyata keçiriləcək.

Qeyd olunur ki, ilk partiyada Hindistan ordusunun sərəncamında olan “Pinaka” reaktiv yaylım atəş sistemləri, eləcə də tank əleyhinə raketlər və döyüş sursatlarının tədarükü nəzərdə tutulub.

2020-ci ildə Hindistan Ermənistana dörd “Swathi” artilleriya kəşfiyyat qurğusu təhvil verib, onlardan ikisinin 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilib, daha ikisi isə geri qaytarılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ