Ermənistana yüz milyon dollarlıq silah satılmır - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, bəzi ölkələr, o cümlədən respublikanın müttəfiqləri ilkin sifariş verilmiş yüz milyonlarla dollarlıq silahı tədarük etməkdən imtina ediblər.

Baş nazir bu barədə Ermənistan hökumətinin iclasında deyib.

“Belə hallar var ki, yüz milyonlarla dollar ödənilib, lakin çatdırılma öhdəlikləri, o cümlədən müttəfiq ölkələr tərəfindən yerinə yetirilməyib. Bunlar ağrılı reallıqdır, və biz vəziyyəti dərindən təhlil etməliyik”, - deyə Paşinyan bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ