Qazaxıstan səfərbərlikdən qaçan rusiyalıları qaytaracaq

Qazaxıstan hakimiyyəti səfərbərlikdən yayınan rusiyalıları axtarışa verdikləri təqdirdə ekstradisiya etmək qərarına gəlib.

“İnterfaks” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili işlər naziri Marat Axmetjanovun sözlərinə görə, hazırda Qazaxıstan və Rusiya arasında “hüquqi yardım göstərmək üçün müqavilə əlaqələri” var, ölkələr həmçinin məhkumların mübadiləsi və cinayətkarların ekstradisiyası ilə bağlı məsələlər üzərində işləyirlər. 

Bundan əlavə, Axmetjanovun aydınlaşdırdığı kimi, əgər vətəndaş axtarışa verilibsə, Qazaxıstan hakimiyyəti bu şəxsi Rusiyaya ekstradisiya etməyə borcludur. O əlavə edib ki, bu qayda respublikaya gələrək qismən səfərbərlikdən gizlənməyə çalışanlarla da aiddir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ