Mahaçqalada etirazçılarla polis arasında kütləvi dava - VİDEO

Mahaçqalada səfərbərliyə qarşı yeni kütləvi aksiya başlayıb. Kavkaz.Realii yazır ki, etirazlar Xasavyurtda da keçirilir.

Mahaçqalada bir neçə yüz insan küçələrə çıxıb. Tezliklə etirazçılarla polis arasında kütləvi dava düşüb.

Bir gün əvvəl, sentyabrın 25-də Mahaçqalada da səfərbərliyə qarşı aksiya keçirilib. “Kavkaz.Realii”nin məlumatına görə, orada 120-yə yaxın adam saxlanılıb. Saxlanılanların polis idarəsində döyüldüyü və elektroşokerlərlə işgəncələrə məruz qaldığı bildirilir. Səkkiz nəfər polis əməkdaşlarına hücum etməkdə ittiham olunub.

Sentyabrın 25-də Xasavyurt rayonunun Endirey kəndində də səfərbərliyə qarşı aksiya keçirilib. Səkkiz mindən bir qədər çox insanın yaşadığı kənddən 100-ə yaxın adam çağırıldıqdan sonra yerli sakinlər Xasavyurt-Mahaçqala federal magistral yolunu bağlayıblar. Polis havaya atəş açaraq etirazçıları dağıtmağa çalışıb.

Həmin gün Nalçikdə hökumət evinin qarşısındakı meydana toplaşan 20-yə yaxın qadın müharibəni və səfərbərliyi tənqid edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ