Zelenski referendumdan sonra Rusiya ilə danışıqlardan imtina edəcək

Ukrayna prezidenti Volodimir Zelenski CBS telekanalına müsahibəsində qondarma DXR, LPR, eləcə də Xerson və Zaporojye vilayətlərində keçirilən referendumları “uydurma” adlandırıb və danışıqların “qeyri-mümkün” olacağını vurğulayıb. 

“Rusiya hökuməti referendumun başa çatdığını və nəticələrin açıqlanacağını rəsmən elan edə bilər” deyən Zelenski bildirib ki, “bu, istənilən halda Rusiya Federasiyasının prezidenti ilə hər hansı diplomatik danışıqları davam etdirməyi qeyri-mümkün edəcək”.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin “bunu çox yaxşı bilir” və baş verənlər “çox təhlükəli siqnaldır”.

Zelenski həmçinin ABŞ prezidenti Co Bayden administrasiyasını Rusiyanı terrorizmin himayədarı dövlət kimi tanımağa və Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb. O qeyd edib ki, Ukraynanın raket sistemləri (HIMARS), artilleriya və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ