Sosial şəbəkədə insanları aldadan Vüsalə saxlanıldı - video

Sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən qadın saxlanılıb. 

Bu haqda Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

E. Hacıyev bildirib ki, sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən Vüsalə Qasımova saxlanılaraq məsuliyyətə cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, V. Qasımova həmin şəxslərin hər birindən 200 manat alsa da, vəd etdiyi pulu qaytarmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ