Rusiyada fərarilik və təslim olma ilə bağlı cəzalar sərtləşdirildi

Rusiya prezidenti Vladimir Putin səfərbərlik dövründə və silahlı münaqişə zamanı hərbi xidmət əleyhinə cinayətlərə görə cəzanın sərtləşdirilməsi, habelə könüllü təslim olma və talanlara görə cinayət cəzasının tətbiqi haqqında qanun imzalayıb.

Qanun Rusiyada səfərbərlik elan olunduğu ərəfədə, sentyabrın 20-də Dövlət Duması tərəfindən təcili qəbul edilib.

Dəyişikliklər, xüsusilə, hərbi hissəni icazəsiz tərk etməyə, əmrə tabe olmamağa və səfərbərlik dövründə fərariliyə görə cəzanı sərtləşdirir.

Döyüş əməliyyatlarında iştirakdan imtinaya görə qanun üç ilədək, belə imtina “ağır nəticələrə” səbəb olduqda isə 10 ilədək həbs cəzasını nəzərdə tutur. Əmrin yerinə yetirilməməsinə görə də eyni müddət nəzərdə tutulur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ