“Mariupol qəssabı”: Sergey Şoyquya yeni müavin təyin olunub

Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunub. 

O bu vəzifədə ordu generalı Dmitri Bulqakovu əvəz edib.

Mixail Mizintsev Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri İqor Konaşenkovla birlikdə Ukraynadakı müharibə zamanı mütəmadi olaraq mətbuata açıqlamalar verib.

Ukrayna hərbçiləri iddia edirdilər ki, Mizintsev yazda Mariupolun mühasirəsinə rəhbərlik edib, nəticədə ona “Mariupol qəssabı” ləqəbi verilib. Bəzi ekspertlər Ukrayna şəhərinin dağıdılmasında Mizintsevin rolu olmadığını bildiriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ