Elmar Məmmədyarovun erməni qadınlarla söhbətinin pərdəarxası - VİDEO

Azərbaycan XİN Elmar Məmmədyarovun erməni jurnalistlərlə təyyarədə Qarabağla bağlı müzakirəsi tənqid olunur.

Buta.media-nın məlumatına görə, sosial şəbəkərlədə E. Məmmədyarovun erməni qadınlarla dialoqunu yumşaq adlandırıblar. 

Bəzi müşahidəçilər bununla XİN rəhbərinin ermənilərə dərs verdiyini desə də, bir çoxları nazirin daha sərt mövqe sərgiləməsini vacib hesab edir.

Nazirliyiin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Yeni Müsavat”a açıqlamasında bunları bildirdi: 

“Xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi bu günə qədər nazir tərəfindən səsləndirilmiş çıxışlarda beynəlxalq təşkilatlar çərçivəsində, istər ikitərəfli görüşlərdə, eləcə də XİN tərəfindən verilmiş açıqlamalarda birmənalı şəkildə öz əksini tapır”. 

XİN rəsmisi bu açıqlamanın nədən ibarət olduğunu da açıqladı: “Həmin mövqe BMT Təhlükəsizlik Şurasının qətnamələrində, eləcə də beynəlxalq təşkilatlar tərəfindən bu günə qədər qəbul olunmuş çoxsaylı qərar və qətnamələrdə qeyd olunub. Bu mövqe isə Azərbaycanın işğal olunmuş ərazilərinin, Dağlıq Qarabağ və ətraf bölgələrinin azad olunması, didərgin salınan insanların öz mülklərinə və torpaqlarına geri dönməsindən ibarətdir”.

Qeyd edək ki, nazir təyyarə ilə Brüsseldən Moskvaya səfəri zaman erməni qadın ona yaxınlaşıb, ona Qarabağ münaqişəsi ilə bağlı suallar verdib. O, erməni olduğunu bildirib və emosional şəkildə nazirə Qarabağın Azərbaycana aid olmadığına dair suallar verib.

E.Məmmədyarov isə sakit şəkildə və gülərək onun suallarını cavablandırıb, hətta sonda onu susdurmağı bacarıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ