“Referendumlar” (Ukraynanın işğal olunmuş ərazilərində) keçiriləcək və bu ərazilər RF-in tərkibinə daxil ediləcək”.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, “birləşən bütün ərazilərin mühafizəsi Rusiya Silahlı Qüvvələri tərəfindən əhəmiyyətli dərəcədə gücləndiriləcək”:
“Rusiya elan edib ki, təkcə səfərbərlik imkanları deyil, həm də Rusiyanın istənilən silahı, o cümlədən strateji nüvə silahlarından istifadə edilə bilər”.
Medvedev “general rütbəli müxtəlif təqaüdçü axmaqları NATO-nun Krıma zərbələri ilə Rusiyanı qorxutmamağa” çağırıb.
“Hipersəs raketlərinin Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çata biləcəyinə zəmanət verilir. Amma Qərb isteblişmenti, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib. Geriyə dönüş yoxdur”.