Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.
Bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva Trend-ə bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.
Amma hələ də köhnələrinin yerinə yeniləri gözə dəymir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən K.İmamverdiyeva bu dəfə bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:
“Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, - deyə K.İmamverdiyeva əlavə edib.