Təyyarə Bakıda qəza enişi etdi: Bomba həyacanı – YENİLƏNİB

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti “Ural Hava Yolları” şirkətinə məxsus təyyarənin Bakıda məcburi eniş etməsi məsələsinə aydınlıq gətirib. 

 

Bildirilib ki, martın 11-də Bəhreyndən Moskva şəhərinə uçan “Ural Hava Yolları” şirkətinə məxsus “Airbus A321” təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

 

Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi olub.

 

Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib.

 

Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə 225 nəfər olub.

 

HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib.

 

15:29

Baxreyndən Moskvaya U61116 reysi ilə uçan "Ural Airlines"ə məxsus "Airbus A321-231" təyyarəsi Heydər Əliyev aeroportunda qəza enişi edib .

 

Ura.news-ın yaydığı məlumata görə, buna səbəb təyyarənin göyərtəsində bomba olması dair informasiya olub.

 

Hazırda xüsusi xidmət əməkdaşları təyyarədə yoxlama aparırlar. Məlumat flightradar24.com saytında da öz əksini tapır.

"Ural Airlines" məsələ ilə bağlı bir qədər sonra şərh verəcəyi ilə bağlı məlumat veriblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ