İqtisadiyyat naziri Şahin Mustafayev son günlər soğanın qiymətində müşahidə edilən bahalaşmadan danışıb.
Buta.media-nın məlumatına görə, "Qafqazinfo" xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, pərakəndə bazarlar daim nəzarət altındadır və monitorinqlər aparılır:
"Gündəlik təlabata daxil olam məhsullar daha da ciddi nəzarət altında olur. Son bir aya yaxındır ki soğanın qiymətində bahalaşma gedir. Bu siyahıya kartofu və bir neçə gündür qiyməti bahalaşan kələmi də əlavə etmək olar. İqtisadiyyat Nazirliyi qiymətlərin qalxmasının səbəblərini araşdırmaqla məşğuldur. Süni şəkildə qiymət artımı baş vermir. Ancaq qiymətlərin artımı bizi narahat edir.
Hökumət tərəfindən bununla bağlı bu gün və ya sabah müvafiq tədbirlər görüləcək. Belə ki, soğana, kələmə və kartofa ixrac rüsumu tətbiq ediləcək. Soğanın dəyərinə spesifik idxal rüsumu tətbiq olunurdu. Bu kiloya 60 sent dəyərində idi. Biz bu xüsusi rüsumun iki aya müddətinə dayandırılmasını istəyirik.
Eyni zamanda qeyd edirəm ki, bazarda aparılan monitorinqlər davam etdiriləcək. Biz inanırıq ki, tədbirlər nəticəsində bazardakı qiymətlər sabitləşəcək".