Peqov Şoyquya qarşı: İtkilərimiz daha çoxdur

Rusiyalı jurnalist, “WarQonzo” Telegram kanalının müəllifi Semyon Pegov RF müdafiə naziri Sergey Şoyqunun müharibənin 7 ayı ərzində ölkənin 6 minə yaxın hərbçi itirdiyi barədə açıqlamasına münasibət bildirib.

“Şoyquda necədir deyə bilmərəm, lakin bizim itkilərimiz daha çoxdur”, - deyə Peqov öz rəsmi teleqram kanalında qeyd edib. 

Xatırladaq ki, bu gün, sentyabrın 21-də Sergey Şoyqu Ukraynanın müharibədə 61 min əsgərini itirdiyini, eyni zamanda Rusiyanın 5 937 nəfər itki verdiyini açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ