Rusiya prezidenti Vladimir Putin bildirib ki, RF-ə qarşı nüvə şantajı onu həyata keçirənlərə əks nəticə verə bilər.
“Bizi nüvə silahı ilə şantaj etməyə çalışanlar bilməlidirlər ki, bu külək onlara qarşı çevrilə bilər. Dünya hökmranlığına can atan, vətənimizi parçalamaq və əsarət altına almaq təhlükəsi yaradanların qarşısını almaq bizim tarixi ənənəmizdə, xalqımızın taleyində var”, - Putin müraciətində bildirib.
Putin “NATO ölkələrinin yüksək rütbəli nümayəndələrinin Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadənin mümkünlüyü” ilə bağlı bəyanatlarını xatırladıb.
“Rusiya ilə bağlı bu cür bəyanatlara yol verənlərə xatırlatmaq istəyirəm ki, bizim ölkənin də müxtəlif məhvetmə vasitələri var və bəzi komponentlərində NATO ölkələrindəkindən daha müasirdir.Ərazi bütövlüyümüz üçün təhlükə yaranarsa, nüvə silahı da daxil olmaqla, bütün atəş gücündən istifadə edəcəyik, bu, blef deyil”, - deyə o bildirib.
“Ərazi bütövlüyümüz üçün təhlükə yaranarsa, nüvə silahı da daxil olmaqla, bütün atəş gücündən istifadə edəcəyik, bu, blef deyil”, - deyə o bildirib.
Xatırladaq ki, bundan əvvəl Putin Rusiyada qismən səfərbərlik elan edib.