Ukraynanın 4 vilayətində Rusiyaya birləşməklə bağlı referendum keçiriləcək

“Luqansk Xalq Respublikası”nın “Xalq Şurası” qondarma respublikanın Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı referendumun keçirilməsinə dair qərar qəbul edib.

“LXR”də referendumun cari ilin 23-27 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, “Donetsk Xalq Respublikası”nın “Xalq Şurası” da eyni tarixlərdə Rusiyanın tərkibinə daxil olmaqla bağlı referendumun keçirilməsinə qərar verib.

Eyni zamanda, Xerson və Zaporojye vilayətlərinin ictimai şurası regionların hərbi-mülki administrasiyalarını eyni məsələ ilə bağlı referendumun keçirilməsinə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ