Binəqədidə müəllin şagirdi vəhşi kimi döydu – VİDEO

Bakının Binəqədi rayonunda orta məktəbdə şagirdini döyən müəllim işdən qovulub.

Bu barədə məktəbdən BAKU.WS-ə məlumat verilib. 

Bildirilib ki, hərbi hazırlıq müəllimi Mehman Mənsimov Bakı Şəhər Baş Təhsil İdarəsinin müdiri Rəşad Tağıyevin əmri ilə işdən azad olunub.

Bu məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən də təsdiqlədilər.

Qeyd edək ki, Binəqədi rayon 30 saylı orta məktəbin hərbi hazırlıq müəllimi Mehman Mənsimov 11-ci sinif şagirdlərindən birini vəhşicəsinə döyüb. Bunu şagirdlərdən biri çəkib.

Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ