Sentyabrın 19-da Çin ordusunun doqquz təyyarəsi və beş gəmisi Tayvanı mühasirəyə alıb. Eyni zamanda, iki Çin təyyarəsi Tayvan boğazının orta xəttini keçib.
Bu barədə Reuters nəşri Tayvanın Müdafiə Nazirliyinə istinadən xəbər yayıb.
Sentyabrın 16-da ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktor müavini Devid Koen bildirib ki, Çin lideri Si Cinpin 2027-ci ilə qədər Tayvanı ələ keçirməyi planlaşdırır. Əks-kəşfiyyat zabitinin sözlərinə görə, ÇXR rəhbəri adanı tutmaq üçün Çin Xalq Azadlıq Ordusunu hazırlamağı əmr edib. Eyni zamanda Koen vurğulayıb ki, Vaşinqton Pekinin planları həyata keçirməyə nə dərəcədə hazır olduğuna əmin deyil.